ADY hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20.09.2019 - 14:52

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması çərçivəsində 39 ədəd yoldəyişən qurğunu təzələnib.

Qurumdan “Cümhuriyyət”ə bildirilib ki, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması bu xəttə daxil olan digər qurğu və mexanizmlərin, eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yenidən qurulması zərurətini ortaya qoyub. Hazırda bu istiqamətdə əsaslı layihələr həyata keçirilir ki, bu da hərəkət sistemi ilə sırf əlaqəli olan təsərrüfat sahələrini əhatə edir.

Həmçinin avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır.

Qısa müddət ərzində 39 ədəd yoldəyişən qurğunu təzələməyə nail olan yol təsərrüfatı işçiləri bu gün Poylu  stansiyasında  9 ədəd yeni qurğunun  qoyuluşunu həyata keçirirlər. Eyni zamanda Dəllər stansiyasında da 10 ədəd yoldəyişənin təzələnməsi prosesi davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031