İmtahan nəticələri zəif olan regionlarda araşdırma aparılıb – RƏSMİ

20.09.2019 - 17:11

“Ötən il 25 min müəllim həm yeni fənn kurikulumları, həm də yeni təlim strategiyaları və texnologiyalarının tətbiqi ilə bağlı təlimlərə cəlb edilib. Gələcəkdə 30 min müəllimin təlimlərə cəlb edilməsi planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, bu təlimlər rəqəmsal bacarıqlar, habelə müəllimlərdə müasir İKT bacarıqlarının artırılması ilə bağlı keçirilir.
F. Qədirov qeyd edib ki, diaqnostik qiymətləndirmənin nəticələri bir çox müəllimin bilik və bacarıqlarını müəyyənləşdirməyə imkan verib: “Aparılan təhlillər əsasında diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün təlim proqramları hazırlanıb və on minlərlə müəllim həmin təlimlərə cəlb edilib. Bundan əlavə, buraxılış imtahanlarının nəticələri zəif olan regionlarda da araşdırma aparılıb. Nəticələri zəif olan məktəblərin müvafiq fənn müəllimləri üçün də təlim proqramlar hazırlanıb və təşkil olunub. Sonradan müqayisəli təhlil aparılıb. Təlimdən əvvəlki və sonrakı nəticələrə baxanda, xeyli irəliləyiş əldə edildiyi müəyyən edilib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31