Bakıda 5-ci dəfə “Business Networking Night” keçirilib

22.09.2019 - 12:51

Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 5-ci dəfə “Business Networking Night” keçirilib. Tədbirdə dövlət rəsmiləri, 100-dən çox sahibkar, media nümayəndələri və ictimai fəallar iştirak edib.

Açılış nitqindən sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müşaviri Elşən Qurbanov çıxış edərək dövlətin sahibkarlara son illərdə göstərdiyi dəstək, bu istiqamətdə görülən yeniliklər haqqında məlumat verib. Agentliyin hazırda mikro, kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması üçün biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirdiklərini, onlara həm maddi, həm də mənəvi köməklik göstərdiklərini bildirib.

Daha sonra söz dünyada öz sahəsində nüfuzlu və böyük psixoterapiya institutu olan Milton H.Eriksonun Türkiyədəki qurucusu Tamer Dövücüyə verilib. Gecəyə özəl spiker olaraq dəvət olunmuş Tamer bey sahibkarlar qarşısında biznesdə “Optimum Balans Modeli” mövzusunda çıxış edib.

Məclisin sonunda bir saata yaxın davam edən müxtəlif avtivliklər sayəsində 100-dən artıq sahibkar bir-birləri ilə tanış olub, fəaliyyətləri haqqında məlumatlar veriblər. Onlardan alınmış biznes kartların vasitəsi ilə müsabiqə keçirilib və qalib üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.

Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib. Çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır.

Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir. Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf prespektivləri əldə etmək çox çətindir. İki ildən çoxdur fəaliyyət göstərən “Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhvə verən belə qurumlardandır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133404

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31