Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu artırılır

23.09.2019 - 14:20

028e86f9-f7ac-4396-9c64-c3883ab9d458_640Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.

APA-nın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31