Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır

23.09.2019 - 15:25

985d88a452bf07bAzərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır.

APA-nın xəbərinə görə, bununla bağlı “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklifə əsasən, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddə əlavə olunacaq. Bu maddəyə görə, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Sənəd bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=133443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31