Polis əməkdaşlarının peşə hazırlığı diqqət mərkəzindədir

24.09.2019 - 10:05

elsad haciyev bas polis“İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının – hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir”.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə polis işçilərinin bilik və bacarıqlarının artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir. Dərslərdə cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur.

E.Hacıyev əlavə edib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşlarımızın tədris prosesinə yönəldilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31