BMT Azərbaycandakı iqlim dəyişmələrinin səbəbini açıqlayıb

24.09.2019 - 12:27

d9bb219a-0b60-4d38-a83d-19eebdaa3fc9“Azərbaycan ərazisinin fiziki və coğrafi xarakteristikası onu iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qoyur”.

“Report” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair keçirilən seminarda deyib.

O bildirib ki, ən son qiymətləndirmələrə əsasən Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır.

M.Çakmak vurğulayıb ki, ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri artıq hiss olunur və bu özünü daşqınlar, quraqlıqlar, bürkü və eləcə də yazın əvvəlindən başlayaraq havanın temperaturunun kəskin artması şəklində büruzə verir: “Bu baxımdan ən həssas sektorlarda iqlim texnologiyası üzrə həllərin hərtərəfli qiymətləndirilməsi, adaptasiya üzrə milli strategiya və fəaliyyət planlarının hazırlanması və onların milli sektorlara inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlər arasındadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31