Qayınana böyrəyini kürəkəninə bağışladı

26.09.2019 - 15:04
Qayınana böyrəyini kürəkəninə bağışlayıb.
“Cümhuriyyət” məlumat verir ki, uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.
“Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!” – deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31