Azərbaycanın seysmik stansiyalarında texniki yenilənmə işləri aparılacaq

27.09.2019 - 12:35

zelzele22Amerikalı seysmoloqlar – Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda səfərdədirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) “Report”a verilən məlumata görə, səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub.
Bildirilib ki, RSXM ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin “Qafqaz Kəsilişi” birgə layihəsi çərçivəsində bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb. Hazırda İsmayıllı rayonunda quraşdırılmış stansiyalarda işlər davam etdirilir. Amerikalı seysmoloqların səfəri oktyabrın əvvəlində başa çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31