Qanunsuz miqrasiya və korrupsiya ilə məşğul olan dəstə HAKİM QARŞISINDA

28.09.2019 - 11:03
Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən İbrahimov Bəxtiyar Xanhüseyn oğlu, Mühəndis Cabir Məhəmməd Təği oğlu, Əhmədov Şahin Rövşən oğlu, Soltanov İntiqam Həzi oğlu, Əhmədzadə Asim İbrahim oğlu və Nuriya Zərifə Əli qızının cinayət işi üzrə istintaq başa çatıb.
Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxslərin cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 3-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 318-1.2.3- cü (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə), 318-1.2.2-ci (eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 318.2-ci (sərhədi qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133731

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31