Yağış yağacaq – PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-25° isti,Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı,arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti təşkil edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=133746