Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə ölüb
Bugün saat səhər 06:50 radələrində Ermənistan ordusunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.
APA-nın tert.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan ordusunun hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Levonyan Arman Armenoviç aldığı güllə yarasından ölüb.
Hərbçinin naməlum şəraitdə öldüyü bildirilir
Araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=133748