Ağcabədidə evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

28.09.2019 - 14:35

Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına “şifer” batdığını bildirib.

Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.

İlkin araşdırma zamanı məlum olub ki, G.Cəfərova yaşadığı evdən çıxıb getmək istədiyini bildirib. Anası Ş.Cəfərova isə onun bu hərəkətinə narazılıq edərkən ana və bala arasında mübahisə yaranıb. Mübahisə nəticəsində G.Cəfərova mətbəxdən götürdüyü bıçaqla anasına qarın nayihəsindən bir bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31