Sabah hava belə olacaq – AÇIQLANDI

30.09.2019 - 13:08
Sabah (oktyabrın 1-də) Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
Bu barədə “Cümhuriyyət”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında oktybrın 1-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31