Araz Əlizadə: “Bayrağı oyuncağa çevirməzlər”

30.09.2019 - 14:35

“Milli Məclisdə elə təkliflər olur ki, sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb… 29 il öncə, Azərbaycanın indiki bayrağı təsdiq ediləndə, Hacı Əbdül Əbdülov çıxış edərək demişdi ki, yaşıl rəng yuxarıda olsun. O, 29 il bundan əvvəl uzağı görürmüş… Ay camaat, bayrağı qoyuluşunu dəyişməzlər, bir dəfə qəbul edərlər, sonra da sitayiş edərlər, diz çökərlər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə deyib.

Deputat bildirib ki, bayrağı oyuncağa çevirməzlər: “Belə olan halda, nəvələrimizə milli ruhu aşılaya bilməyəcəyik”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, deputatlar bu məsələni öz bildikləri kimi yozmağa cəhd edirlər. Azərbaycanın dövlət bayrağı anlayışı Konstitusiyada qeyd olunub:

“Biz xüsusi olaraq dövlət bayrağından istifadə qaydaları haqqında məsələni qanunla həll etmişik. Azərbaycan dövlətinin, ictimaiyyətinin bu məsələyə münasibəti çox ciddidir. Əgər doğrudan da, Nazirlər Kabinetinin qərarı ilə qanun arasında hər hansı ziddiyyətlə bağlı ciddi məlumat varsa, müzakirə edə bilərik. Amma tam əminəm ki, bu, belə deyil. Çünki bayraqdan istifadə qaydaları qanunla tənzimlənir, orada bütün detallar yazılıb. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi Konstitusiya qanununa uyğunlaşdırmadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133829

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31