Azərbaycanda bu ərazilərdə qaz olmayacaq

01.10.2019 - 10:22

Oktyabrın 1-də səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31