Jurnalistlər üçün üçüncü bina 2020-ci ildə hazır olacaq

02.10.2019 - 12:00

e53e367d-5a65-488b-b7b5-08be9213c20f_640Bu gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinləri ilə notarial qaydada müqavilələr (bağışlanma müqaviləsi) bağlanacaq”.

Bunu “Report”a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, daha sonra həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil veriləcək: “Dövlət Komitəsi də təyin etdiyi vaxtda SMS vasitəsilə sakinlərə məlumat göndərəcək. Bunun rüsumu ödəniləcək və elektron qaydada çıxarışlar alınacaq”.

V.Səfərli xatırladıb ki, jurnalistlər üçün tikilən üçüncü bina 2020-ci ildə hazır olacaq: “Üçüncü bina 3 girişli 255 mənzildən ibarətdir. Gələn il vaxtı çatanda bütün meyar və şərtlər məlum olacaq. 4-cü binaya hazırlıq işləri barədə isə heçnə deyə bilmərəm. Yəqin ki, bu barədə məlumatlar gələn il bilinəcək. Hələ ki, bir şey yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31