Müəllimlər üçün stajkeçmə xidmətinə neçə müəllim cəlb olunub? – RƏSMİ

03.10.2019 - 11:02
Paytaxtın ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə keçirilən stajkeçmə xidməti davam edir.
Bu barədə “Cümhuriyyət”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllim cəlb olunub.
Stajkeçmə xidməti zamanı müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçirilir, dərs müşahidələri aparılır. Fərdi və qrup görüşləri zamanı İKT üzrə təlimlərdə iştirak edən müəllimlərin yeni texnologiyalardan dərs prosesi zamanı səmərəli istifadə qaydaları yoxlanılır.
Qeyd edək ki, 3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir.
Stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134009

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31