Bakı Zooparkı nə vaxt açılacaq? – AÇIQLAMA

04.10.2019 - 13:07

“Köhnə Bakı Zooloji Parkdan əsər-əlamət qalmayacaq”.

Bu sözləri Lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, Zooparkda olan xırda qəfəslərin hamısı ləğv edilib:
“Hazırda tikinti işləri davam edir. Prosesin yekunlaşması tikintinin gedişindən aslıdır. Ərazidə qoruyucu sistemlərin qorunması vaxt aparan işdir. Bununla yanaşı, tikintinin özü çox vaxt aparmasa da, qurğuların qoyulması, kanalizasiya, işıq xətlərinin yenidən çəkilməsi üçün uzun müddət lazımdır”.
A.Hüseynov qeyd edib ki, gələn il bütün işlərin yekunlaşması gözlənilir:
“Heyvanlar hazırda müvəqqəti saxlanc yerindədirlər. Onlara hər cür şərait yaradılıb. Burada stress, səs-küy olmadığı üçün hər şey yaxşıdır. Belə ki, dəvə, tovuzquşu, poni, qamış pişiyi, oxatan kirpi və bir çox heyvanlar artıq balalayıblar.
Bunu da deyim ki, park tam hazır olduqdan sonra yeni heyvanların da alınması planlaşdırılıb”.
Xatırladaq ki, Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb.
Həmçinin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=134093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31