Azərbaycan tarixində ilk: Teymur Rəcəbov Dünya Kubokunu aldı

04.10.2019 - 18:50

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb.

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb.
Şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki qarşılaşmanın yekununa əsasən 2:0: hesabı ilə qalib gəlib və Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırıb.
T. Rəcəbov eyni zamanda 110 min dollar mükafata da sahib olub. Ardıcıl ikinci dəfə finalda uduzan D. Lirenin qazancı isə 80 min təşkil edib. Hər iki şahmatçı həlledici oyuna yüksəlməklə, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə də qazanıblar.
3-cü yer uğrunda görüşdə isə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li ilə qarşılaşıb. Sürətli şahmatda avropalı rəqibinə hər iki matçda qalib gəlib (2:0).
Qeyd edək ki, hər iki cütlük klassik şahmatda heç-heçə oynamışdı – 2:2.

Short URL: http://www.cumhuriyyet.net/?p=134128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31