Məktəblilərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olunub

07.10.2019 - 11:20

215d9adff7b9677Azərbaycanda şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidmətinin göstərilməsi bərpa olunub.

Bunu “APA-Economics”ə “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) deyiblər.

Şirkətdən bildirilib ki, məktəblərin elektron jurnalları tədricən sistemə inteqrasiya olunur və abunəçi valideynlərə göstərilən “e-gündəlik” xidməti aktiv edilir.

“Müraciət edən valideynlərin məlumatları qeyd edilir və məktəblərin jurnalları hazır olan kimi, qeyd olunan mobil nömrələr “e-gündəlik” xidmətinə qoşulacaq”, – deyə şirkətdən bildirilib.

Qeyd edək ki, xidmət yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq aktiv deyildi. Hazırda qeyd olunan xidmət “Elektron məktəb” layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (“Bakcell”, “Azercell” və “Nar”) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31