Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib

07.10.2019 - 14:55

65485052-8580-4aa5-8bd4-8de3835fd687Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib.

“Report”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.

Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.

Həmçinin aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib.

Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran “Lufthansa” öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.

Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir. Bu yolla həmin şəhərlərin turizm potensialını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31