Azərbaycanda YENİ SEÇKİ MƏNTƏQƏLƏRİ yaradılacaq

08.10.2019 - 17:16

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələri yaradılacaq.
Komissiyanın iclasında həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib.
Gündəliyə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31