İş icazəsindən əldə olunan vəsaitin məbləği açıqlanıb

09.10.2019 - 11:50

ef1d29e8-7639-4f13-8675-d472e3f8692b“Hər il əməkçi miqrantların sayı ilə bağlı xüsusi komissiya tərəfindən kvota müəyyən edilir. Bu il Azərbaycan üçün müəyyən edilən kvota 6815 nəfərdir”.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda bu kvotanın 70 faizi dolub: “Bu il təxminən 4500 nəfər əməkçi miqrant icazə üçün müraciət edib və rəsmi iş icazəsi alıb. Amma iş icazəsi tələb olmadan da işləyən kateqoriya da var. Məsələn, Azərbaycan vətəndaşı ilə nigahda olan əcnəbi, 5 illik daimi yaşama icazəsi olan şəxslər də iş icazəsi olmadan işləyə bilərlər”.

DMX sədri bu il təxminən 4,5 mln. Manatlıq büdcə gəliri əldə edildiyini də deyib: “Bir illik iş icazəsinin dövlət rüsumu 1000 manatdır. Yəni 5000 nəfərə iş icazəsi verilibsə 1000 manat vurulsun 5000 nəfər. Büdcə gəlirləri məhz bu şəkildə qurulur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134292

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31