Rüstəm Müslümov Dağıstanda keçiriləcək Xəzər turnirinə qatılacaq

09.10.2019 - 16:03

Oktyabrın 19-da Dağıstanda Tayboks idman növü üzrə Xəzər turniri keçiriləcək. Bu turnirdə həmyerlimiz, 80 kiloqram çəkidə təcrübəli idmançı Rüstəm Müslümov da iştirak edəcək. Bu beynəlxaql turnirdə Rusiyanın bir sıra regionlarından müxtəlif idmançılar qatılacaq.
Daima bütün beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucalara qaldıran təcrübəli idmançı, koryerası ərzində bir sıra mühüm qələbələrə imza atıb. Belə ki, R. Müslümov, Universal Döyüş üzrə Türkiyədə keçirilən Beynəlxalq Turnirdə 3-cü yerə, Kenpi Karate üzrə idman döyüş növündə Macarıstanda keçirilən turnirdə 2-ci yerə və həmin idman döyüş növündə Rumıniyada keçirilən Avropa çempionatında 2-ci yerə layiq görülüb. R.Müslümov daha sonra Tayboks idman növündə qüvvəsini sınamağa qərar verib. R. Müslümov, beynəlxalq əhəmiyyətli yarışlara təcrübəli məşqçi məşqçi Abdulqadir Talıbovun rəhbərliyi ilə hazırlaşır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31