Quş qripi ilə bağlı monitorinqlər başladı

10.10.2019 - 10:20

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə epizotoloji monitorinqlər keçirəcək.

Bu barədə “Cümhuriyyət”ə AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin mütəxəssis və əməkdaşları ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçirəcək.
Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq. Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134340

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31