Daha iki istiqamət üzrə gecə reysləri BAŞLADI

10.10.2019 - 11:21
Oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.
Bu barədə Lent.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək və biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.
Bakı – Mingəçevir – 23:30, Mingəçevir – Bakı – 01:00
 
Bakı – Şəki – 23:30, Şəki – Bakı – 23:30.
Qeyd edək ki, gecə reysləri 10 illik fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub.
Həmçinin xatırladaq ki, gecə reysləri ilə bağlı ilkin mərhələdə dörd istiqamət (Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı) seçilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=134351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31