İlin sonunadək 3700 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək

10.10.2019 - 11:22

“İki gün öncə Qobu-2 yaşayış massivinin açılışı olub. Orada 1300 ailəlik mənzillər tikilib”.

APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin mənzillər təmirli və keyfiyyətlidir: “Özəl sektor tərəfindən tikilən binalarda fərq ondan ibarətdir ki, mətbəx mebeli və soyuducu ilə təmin olunur. Bu gün püşkatma başlayıb. Hazırda aidiyyəti şöbələr bu işlə məşğuldur. Ailə sayına uyğun olaraq mənzillər bölüşdürülür”.

R. Rzayev qeyd edib ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək: “Şirvan şəhərində, Göyçay rayonlarında 1 bina, Göygöl və Ucarda qəsəbə tikilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134353

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31