Yol polisi vətəndaşlara MÜRACİƏT ETDİ

11.10.2019 - 10:17
Bakı Şəhər Dövlət Yol Polisi (BDYPİ) Bakı Beynəlxalq Avtovağzalında tədbir keçirib.
Bu barədə “Cümhuriyyət”ə BDYPİ-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər. Dövlət Avtomobil Nəzarəti Xidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksi təmsilçilərinin, eləcə də KİV nümayəndələrinin qatıldığı tədbir kompleks daxilində və avtobuslarda sərnişinlərin iştirakı ilə gerçəkləşib.
Yol Polisi əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.
Sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.
Bununla yanaşı, posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal BDYPİ-nin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur”.
“Bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanıb və müsbət rəy alıb. BDYPİ bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir”, – məlumatda bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31