İcma rəhbəri: Ermənistanla münaqişə bütün platformalarda – hərbi, diplomatik və sosial media üzərindən davam edir

11.10.2019 - 16:24

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi.

Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. İcma sədri bildirdi ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda, hərbi, diplomatik və sosial media üzərindən davam edir.

Gənclərimizi sosial media sahəsində aktiv olmağa çağıran icma rəhbəri ermənilərlə informasıya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

Tural Gəncəliyev bəyan etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün bu gün geniş imkanlar mövcuddur və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.

Azərbaycan Gənclər Fondunun icracı drektoru Fərid Cəfərov isə fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, qrant müsabiqələr haqqında məlumat verdi. Fond rəhbəri Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət etdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü, millət vəkili Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı aktiv olmağa çağırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=134456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31