Rusiya XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

11.10.2019 - 16:26

Rusiya Xarici işlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, son günlər Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar ciddi narahatlıq doğurur.

Rusiya XİN bütün tərəfləri maksimal dərəcədə səbrli olmağa, atılacaq addımları dəqiqləşdirməyə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

“Türkiyənin təhlükəsizliyini təmin etmək üçün terrorçularla mübarizəsinin vacibliyini şübhə altına qoymuruq” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, qeyd olunan bölgədə sülh və sabitlik ancaq Suriya hökuməti və kürdlər arasında dialoq vasitəsi ilə təmin oluna bilər: “Moskva bu cür dialoqa vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir”.

APA

Short URL: http://www.cumhuriyyet.net/?p=134460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31