Azərbaycanlı şahmatçı dünya çempionu olub

12.10.2019 - 15:14

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.

“Report” xəbər verir ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (1:0) Azərbaycan təmsilçisi yarışın qalibi olub.

Qeyd edək ki, şahmatçı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatında da qalib gəlib.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=134489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31