Sosial ev almaq üçün TÖVSİYƏLƏR: iki gün qaldı …

14.10.2019 - 15:09
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 16 və 18 oktyabr 2019-cu il tarixlərində güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.
Bu barədə “Cümhuriyyət”ə MİDA-nın mətbuat xidmətindən bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir və yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur. Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.
Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxs mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldığı razılıq qərarını imzaladığına bir daha əmin olmalıdır.
Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks olunan “CAPTCHA” kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlərdən istifadə etməyiniz fərq etmir) olmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134527

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31