Xəzər dənizinin suyununun duzluluğu niyə azdır?

14.10.2019 - 17:01

Xəzər dənizinin suyunun orta duzluluğu 12,85 ‰ (promil) təşkil edir.

Bu barədə “Cümhuriyyət”ə Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, okean suyunun orta duzluğu isə 35 ‰-dir.

Xəzər dənizinin suyunda duzluluğun aşağı olması dənizin qapalı olması və çay axınlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır.

Açıq dəniz akvatoriyasında 1998-2018-ci illər ərzində suyun orta çoxillik duzluluğu 11,82 ‰ təşkil edir.

Qeyd olunan illər ərzində maksimal duzluluq 13,90‰, minimal duzluluq isə 7,29‰ müşahidə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31