“Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var” – Nazir müavini

15.10.2019 - 18:24

905da5cb46238f9“Bu il ərzində məktəbdə müəllimlərin bir-birindən öyrənmək imkanlarına daha çox diqqət yetirməliyik”.

APA-nın məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, dünyanın çox ölkəsində müəllimləri dəstəkləyici hansısa mərkəzlər, idarələr mövcud deyil. Dövlətin standartı var və bu standart dövlətin tələbidir: “Dövlət bu işlərin görülməsini gözləyir. Hər bir məktəbdə bunu etmək üçün yetəri qədər potensial var. Amma potensialın idarə olunması sistemləşdirilməlidir. Ümumilikdə məktəbdaxili peşəkar birinin verdiyi töhfə, yaratdığı imkan qədər ikinci bir imkanı axtarmaq düzgün deyil. Daxili lokomotivi işə salmaq lazımdır. Heç bir direktor bunu tək edə bilməz. Hansısa məktəbə yeni direktor gəlir və o məktəb davamlı inkişafa başlayır. Çünki orada yatmış, idarə olunmamış potensial, resurs var”.

M.Vəliyeva bildirib ki, məktəblərdə neqativ hallar hələ də davam etməkdədir: “Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına “qaydalara əməl et” tələbini qoya bilməz. Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu cür neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31