“Məişət zorakılığı törədənlərin şəxsi məlumatlarının yayılması düzgün deyil”

16.10.2019 - 13:57

az-logoAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalanların şəxsi məlumatlarının mətbuatda və sosial şəbəkələrdə ictimailəşdirilməməsi üçün çağırış edib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”a açıqlamasında deyib ki, zorakılıq qurbanlarının şəxsi məlumatlarının açıq-aşkar ictimailəşdirilməsi həm beynəlxalq konvensiyaların, həm də milli qanunvericilik normalarının pozulması deməkdir.

“Dəfələrlə bu məsələ ilə bağlı mətbuat nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət etmişik ki, məişət zorakılığına məruz qalan qadın, uşaq və kişilərin ad-soyadları, üz cizgiləri, yaşadıqları ünvanlar, eləcə də digər şəxsi məlumatları ictimailəşdirilməsin. Nəinki zorakılıq qurbanlarının, hətta zorakılıq törədənlərin də şəxsi məlumatlarının bu və ya digər formada yayılması düzgün deyil. Çünki zorakılığa məruz qalmış qadının yayılan görüntüləri, onun adı və soyadı sonradan övladlarına və yaxınlarına qarşı qınaq kimi istifadə oluna bilər. Bu da xoşagəlməyən sonluqla nəticələnə bilər”, E.Səfərov vurğulayıb.

O qeyd edib ki, Dövlət Komitəsi məişət zorakılığına məruz qalan şəxslərin uşaqlarını da müdafiə edir: “Biz təklif edirik ki, zorakılıq qurbanlarının adı-soyadı və ünvanı ictimaiyyətə şərti çatdırılsın. Həm media nümayəndələrindən, həm də sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, belə məsələlərə həssaslıqla yanaşsınlar və zorakılıq qurbanlarının şəxsi məlumatlarının yayılmasında iştirakçı olmasınlar. Bu xətti keçmək düzgün deyil. Ən birincisi, bu, insan hüquqlarının pozulması deməkdir. Artıq məişət zorakılığı qurbanlarının şəxsi məlumatlarını ictimailəşdirənlərə qarşı bizim də münasibətimiz, yanaşmamız dəyişib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31