“Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil” – Baş neonatoloq

17.10.2019 - 11:26

“Azərbaycanda ana südü ilə bağlı UNİCEF və Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyası tərəfindən böyük bir proqram hazırlanır”.

Bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, anaların bu sahədə bilikləri kifayət qədər deyil, amma tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır. Baş neonatoloq Azərbaycan xəstəxanalarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: “Ana südü ilə bağlı yanlış fikirlər var. Mediada bu məsələ şişirdilib. Bu, Azərbaycanda tək-tək hallarda baş verir. Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil. Elə olmasaydı, dünyada problem qalmazdı. Azərbaycanda bütün tibb bacıları, doğum müəssisələri bu cür işləyir demək düzgün deyil. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. Uşaqlara iki il ana südü verilməlidir”.

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: “Ananın hansısa ağır dərmanlardan istifadə etməsini nəzərə almasaq, heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134735

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31