Bal yarmarkası başa çatdı

19.10.2019 - 11:09
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başa çatıb.
Bu barədə “Cümhuriyyət”ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Bal yarmarkasında iştirak edən arıçılar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təltif ediliblər.
Mükafatlandırılma mərasimində 321 arıçıya yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçıya keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” sertifikatı, 38 arıçıya nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçıya isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” təqdim edilib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Hər arıçı satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququna malik olub. Yarmarkaya təqdim olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlanılıb. Satışa keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Əlavə edək ki, bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134920

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930