“28 May” metrostansiyası və ətraf küçələr bağlanır – DİQQƏT

19.10.2019 - 12:33

polisMüxalifətin Milli Şura qanadının “28 May” metrostansiyasının qarşısına elan etdiyi mitinqlə əlaqədar olaraq, bu gün səhər saatlarından başlayaraq, polis Bakının mərkəzini, xüsusən də 28 May metrostansiyasının ətrafını ciddi nəzarət altına alıb.

“AzPolitika“nın məlumatına görə, bu dəqiqələrdə polis “28 May” metrostansiyasına doğru aparan küçələri bağlayır, həmçinin metronun iş qrafikində də dəyişiklik edilib. Belə ki, 13:00-dan 16:00-a dək qatarlar “28 May” metrostansiyasında saxlamayacaqlar.

O da bildirilir ki, polis müxalifətçilərin ətrafda yerləşən iaşə obyektlərində yığışaraq elan olunan saatda aksiyaya cəhd edəcəkləri ehtimalını da nəzərə alaraq, yaxınlıqdakı kafe, restoran, çay evi və ticarət mərkəzlərini də nəzarət altına götürüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verərək, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə verib. Lakin Milli Şura bununla razılaşmayaraq, Bakının mərkəzinə aksiya elan edib.

Bakı Şəhər Baş Polis İdarəsi razılaşdırılmamış aksiyaya imkan verməyəcəyini bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134931

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930