Sabah yağış yağacaq – PROQNOZ

19.10.2019 - 13:16

Oktyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə “Cümhuriyyət”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134938

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930