Qanunsuz mitinqlə bağlı 14 avtobusun hərəkət sxemi dəyişdirildi – DİQQƏT

19.10.2019 - 15:09

Qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) “Cümhuriyyət”ə məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş. İ. Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.
Qeyd olunub ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir: “Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200 000 nəfər sərnişin istifadə edir. İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusən də ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134944

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31