Metronun 3 stansiyasının fəaliyyəti bərpa olundu – RƏSMİ

19.10.2019 - 17:42
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olunub.
Bu barədə “Cümhuriyyət”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə, fəaliyyəti müvəqqəti dayandırılmış hər üç stansiya saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.
Qeyd olunub ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müvafiq cavab verilməsinə rəğmən, həmin vaxtda qanunla qadağan edilmiş yerdə – Bakı metropoliteninin “28 May”  stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı.
Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların  üzərinə düşəcəyini bəyan etmiş və qeyd olunan üç stansiyanın fəaliyyətinin  dayandırılması barədə qərar qəbul etmişdi. Qərarın verilməsində yeganə məqsəd  strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı metropoliteninin  fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək idi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134952

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031