“Azərenerji”nin stansiyalarının özəlləşdirilməsinə hazırlıq gedir

21.10.2019 - 11:36

azerenerjiAzərbaycan hökuməti “Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır.

Bu barədə “Report”a qurumdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla bağlı hökumətlə “Azərenerji” arasındakı danışıqlar yekunlaşmaq üzrədir.

Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də, onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyalarının özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik”, – deyə mənbə qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31