Ölkənin təhsil sisteminin göstəriciləri “Qlobal Rəqabətlilik İndeksi”ndə növbəti dəfə yaxşılaşıb

21.10.2019 - 15:08

Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış  “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

Bu barədə “Cümhuriyyət”ə Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən “Bacarıqlar” (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

Belə ki, “Bacarıqlar” kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 7 pillə irəliləyərək 20-ci yerdədir. “İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 3 pillə irəliləyərək 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə 8 pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=135005

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31