Avtobuslarda bu əşyalar itib – FOTO

21.10.2019 - 16:10
Sentyabr ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd pulqabı, 6 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd gödəkçə, 1 ədəd jaket, 1 ədəd Sim kart, 1 ədəd “BakıKart” və 1 nəfərə  məxsus şəxsiyyət vəsiqəsi sahiblərinə təhvil verilib. 
Bu barədə “Cümhuriyyət”ə qurumdan məlumat verilib. Bildirilib ki, eyni zamanda, sahiblərinə çatdırılması üçün 6 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 9 ədəd pulqabı, 3 ədəd açar, 2 ədəd mobil telefon, 2 ədəd bank  kartı, 2 ədəd çətir, 2 ədəd eynək, 1 ədəd çanta, 1 ədəd bijuteriya üzük, 1 ədəd  Sim  kart, 1 ədəd qeyd dəftəri və 1 ədəd qulaqcıq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd vəəşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən vətapılan əşyalar” bölməsində yerləşdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135018

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31