“Bakı Metropoliteni” Rusiyadan yeni vaqonlar alır

21.10.2019 - 16:27

fd64db44-bdad-4d6f-ac79-582c81d321fcMoskvada “Bakı Metropoliteni” QSC Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalayıb.

“Report”un Rusiya bürosunun verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfdən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.

Müqaviləyə əsasən, “Bakı Metropoliteni” QSC-yə 765 seriyalı innovativ üstünlüklərə malik olan metro vaqonlarının tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu ildə “Bakı Metropoliteni” “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri vaqondan ibarət 81-760.B/761.B/763.B modelli yeni qatarla təchiz etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=135023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31