Bu il Azərbaycanda 524 nəfər QİÇS-ə yoluxub

21.10.2019 - 18:11

445dadb164a3f7aSəhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata əsasən, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Eyni zamanda, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=135039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31