“Rüsumlar, sanksiyalar tətbiq edəcəyik” – Tramp Türkiyəni də hədələdi

22.10.2019 - 10:21

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

Trend-in “TASS”a istinadla verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: “Əgər Türkiyə lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bu, baş verəcək, amma bizim heç kəsin bilmədiyi qüvvəmiz var – bu, sanskiyalardır, bu, rüsumlardır. Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik”.

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: “Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135043

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31