Rüşvətə görə həbs edilən vəzifəli şəxslər AZADLIĞA ÇIXDI

22.10.2019 - 11:35

mehkemeBakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri – Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Mehdi Abdullayev və Novruz Alkərəmova şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=135056

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31