Əfqanıstanda “Taliban”la toqquşmada 15 polis həlak olub
Əfqanıstanın şimalında baş vermiş toqquşmada 15 polis əməkdaşı ölüb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bu gün səhər saatlarında “Taliban” hərəkatının 10-a yaxın üzvü Əfqanıstanın Qunduz vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub, 8 terrorçu isə zərərsizləşdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=135058